Blog

Blog modulu saytdakı bloq yazılarını (blog) və onların kateqoriyalarını idarə edir.

Bloqlar əvvəlcədən admin tərəfindən qurulur, frontend tərəfindən isə yalnız oxunur (bütün blog endpointləri GET sorğularıdır). Yalnız yayımlanmış (is_published=True) bloqlar qaytarılır.

Anlayışlar

anlayış məlumat
blog Bir bloq yazısı. Ad, slug, kontent, şəkil, müəllif, taqlar və atributlardan ibarətdir.
blog_category Bloqların ağac (tree) şəklində qruplaşdırıldığı kateqoriya. Alt kateqoriyaları (children) ola bilər.
blog_type Bloq tipi. Hər tipin öz atribut dəsti olur və bir səhifəyə (page) bağlıdır.
tag Bloqa bağlanan taq.
author Bloqun müəllifi. Öz tipinə (author_type) və atributlarına malik ola bilər.
attribute Bloq tipinə bağlı atribut. Filtrasiya və detal səhifəsində istifadə olunur.

Endpointlər

endpoint təsvir
GET /api/v1/blog/blog-categories/ Kateqoriya ağacı — Categories
GET /api/v1/blog/blogs/ Bloq siyahısı (filtrasiya ilə) — Blogs
GET /api/v1/blog/blogs/{slug}/ Bloq detalı — Blogs
GET /api/v1/blog/blogs/attributes/ Atribut seçimləri (filtr üçün) — Attributes

Bütün sorğularda Sorğular bölməsində göstərilən autentifikasiya və dil headerləri istifadə olunmalıdır.