Categories

Bloq kateqoriyalarını ağac (tree) şəklində qaytarır.

Əlaqəli endpoint: Blog-Category-List Swagger

Request

GET /api/v1/blog/blog-categories/

Cavabda yalnız aktiv (is_active=True) kök (root) kateqoriyalar qayıdır, alt kateqoriyalar isə hər kateqoriyanın children arrayinin içində yerləşir. Aktiv olmayan kateqoriyalar nə kök səviyyəsində, nə də children-də görsənmir.

Query parametrləri:

key məlumat
page Səhifə nömrəsi (default 1)
page_size Səhifədəki element sayı (default 10, maksimum 100)

Response

HTTP STATUS code 200

{
    "next": null,
    "previous": null,
    "count": 2,
    "current": 1,
    "page_size": 10,
    "results": [
        {
            "id": 1,
            "name": "Xəbərlər",
            "parent": null,
            "children": [
                {
                    "id": 3,
                    "name": "Texnologiya",
                    "parent": 1,
                    "children": []
                }
            ]
        }
    ]
}

results arrayindəki blog_category obyekti:

key məlumat çoxdil
id Kateqoriyanın identifikatoru -
name Kateqoriyanın adı Var
parent Üst kateqoriyanın id-si. Kök kateqoriyalarda null -
children Alt kateqoriyalar arrayi (eyni blog_category strukturunda, rekursiv) -

Səhifələmə (pagination) sahələri üçün Sorğular bölməsinə baxın.

blog_category-nin id-si Blogs endpointində category filtri kimi istifadə olunur.