Attributes
Bloq atributlarını və onların mümkün dəyərlərini qaytarır. Əsasən bloq siyahısında filtr interfeysini qurmaq üçün istifadə olunur.
Əlaqəli endpoint: Blog-Attribute-Options Swagger
Request
GET /api/v1/blog/blogs/attributes/
Bu endpoint səhifələnmir (pagination yoxdur) — bütün atributlar bir arrayda qayıdır.
Query parametrləri:
| key | məlumat |
|---|---|
blog_type |
Bloq tipinin id-si. Verilərsə, yalnız həmin tipə aid atributlar qayıdır |
Response
HTTP STATUS code 200
[
{
"id": 4,
"key": "reading_time",
"name": "Oxunma vaxtı",
"type": "number",
"values": ["5", "10", "15"]
}
]
attribute obyekti:
| key | məlumat | çoxdil |
|---|---|---|
id |
Atributun identifikatoru | - |
key |
Atributun key-i. attr_{key} filtrində bu key istifadə olunur |
- |
name |
Atributun interfeysdə görsənən adı | Var |
type |
Atributun tipi (text, number, boolean, date, time, datetime, file, image, list, rich_text, long_text) |
- |
values |
Layihədəki yayımlanmış bloqlarda bu atribut üçün mövcud olan unikal dəyərlər. Aktiv dilə (Accept-Language) görə qayıdır |
Var |
values arrayindəki dəyərlər Blogs endpointində attr_{key} filtrinə birbaşa ötürülə bilər.
Nümunə: yuxarıdakı cavaba görə GET /api/v1/blog/blogs/?attr_reading_time=5,10